“AEROFLOT OPEN” SUPERTURNİRİ BAŞA ÇATMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC ). Azərbaycan şahmatçısı Rauf Məmmədov Moskvada başa çatmış ənənəvi “Aeroflot open” superturnirində 35-ci yeri tutmuşdur.
Son turda Ermənistan nümayəndəsi A.Minasyanı məğlub edən R.Məmmədov nəticədə 5 xal toplamışdır. Eltac Səfərli isə rusiyalı V.Zvyaqintsevə uduzmuş və yarışı 4,5 xalla 39-cu pillədə başa vurmuşdur.
Xatırladaq ki, 5-ci turda Rusiya şahmatçısı İqor Kurnosova uduzan Şəhriyar Məmmədyarov rəqibini şübhəli hərəkətlərdə günahlandıraraq, bununla bağlı hakimə ərizə ilə müraciət etmiş və turnirdə iştirakdan imtina etmişdir.
Superturnirin qalibi adına isə Fransa təmsilçisi Etyen Bakro (6,5xal) layiq görülmüşdür.
İsveçrə sistemi ilə keçirilən turnirdə 78 şahmatçı iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]