AFFA KLUBLARI 14 MİLYON 600 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏYƏCƏKDİR
Komitənin qərarına əsasən, “Energetik” – “Şərur” görüşündə Valeh Sadəddinov (“Energetik”) və İlqar İbrahimov (“Şərur”) qeyri-etik hərəkətlərinə görə növbəti iki oyuna buraxılmamaqla yanaşı, təmsil olunduqları klubların hərəsi bir milyon manat məbləğində cərimələnəcəkdir. “Gənclər birliyi–2” –“Viləş” qarşılaşmasında Zaur Rzayev (“Viləş”) 2 sarı vərəqə aldığına görə növbəti oyuna buraxılmayacaq, klub isə 100 min manat məbləğində cərimə olunacaqdır. “Xəzər–Lənkəran–2” – “Xəzər” (Sumqayıt) oyununda isə Rəşad Xəlilov (“Xəzər–Lənkaran-2”) rəqib futbolçuya qarşı qeyri-etik davranışına görə növbəti iki oyuna buraxılmayacaq, klub 1 milyon manat cərimələnəcəkdir.
MOİK – “Göygöl” qarşılaşmasında qonaq komandanın 4 oyunçusu sarı vərəqə aldığına görə həmin klub 500 min manat məbləğində cərimələnəcəkdir. Oyundan sonra Rəhim Həsənovla (MOİK) Nail Məmmədov (“Göygöl”) bir-birini təhqir etdiklərinə görə hər ikisi növbəti 2 oyuna buraxılmayacaq, MOİK 10 milyon, “Göygöl” isə 1 milyon manat cərimə ödəyəcəkdir.