AĞIR ATLETİKA ÜZRƏ AZƏRBAYCANIN YIĞMA KOMANDASI LƏNKƏRANDA TƏLİM MƏŞQLƏRİ KEÇİRİR
Lənkəran, 6 mart (AZƏRTAC). Ağır atletika üzrə Azərbaycanın milli yığma komandası Lənkəran şəhərindəki “Zirvə” idman-istirahət kompleksində təlim məşqlərinə başlamışdır.
Rumıniyanın paytaxtı Buxarest şəhərində aprelin 4-dən 12-dək keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim məşqlərinin birinci mərhələsindən sonra yığma komanda təlim məşqlərini Moskva vilayətinin Oqnikova şəhərində davam etdirəcəkdir.
Ağır atletika üzrə yığma komandanın baş məşqçisi Vahid Nəzərov təlim məşqlərinə 12 idmançı cəlb etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]