AHF-nin vitse-prezidenti Beynəlxalq Həndbol Federasiyasının 36-cı konqresində iştirak edəcək
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 10-dan 13-dək Antalyada Beynəlxalq Həndbol Federasiyasının (IHF) növbəti - 36-cı konqresi keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.
AHF-dən AZƏRTAC-a bildirilib ki, konqresin gündəliyində duran əsas məsələlərdən biri IHF-yə müvafiq yerlərə seçkilərin keçirilməsidir. Bundan başqa yarışların təşkilində və qaydalarında ediləcək dəyişikliklər, eyni zamanda, həndbolun gələcəkdə inkişaf strategiyası da müzakirə olunacaq.
Xatırladaq ki, 35-ci konqres 2015-ci ilin noyabrında Rusiyanın Soçi şəhərində təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]