Akademik: Yay məktəbinin türk ölkələrindən gələn gənc alimlərin elmi fəaliyyətində böyük rolu olacaq
Xankəndi, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün bizim üçün çox əlamətdar bir gündür - Qarabağda 7-ci Türkoloji Yay Məktəbi keçirilir. Türkoloji Yay Məktəbi bundan əvvəl Qırğızıstan və Qazaxıstanda təşkil olunub. İndi isə yay məktəbinin Xankəndidə keçirilməsi bizim üçün qürurvericidir.
Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev deyib.
“Yay məktəbində Türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alimlər, doktorantlar iştirak edirlər. Ümid edirəm ki, yay məktəbi iştirakçılar üçün elmi və intellektual baxımdan zəngin və məhsuldar bir təcrübəyə çevriləcək, yeni fikirlərin, akademik əlaqələrin və davamlı əməkdaşlıq perspektivlərinin formalaşmasına kömək edəcək. Türk dünyasının müxtəlif ölkələrindən gələn gənc alimlər bu yay məktəbi sayəsində müəyyən əlaqələr yaradacaq, elmi şəbəkə quracaq və onların gələcək elmi fəaliyyətində bu münasibətlərin böyük rolu olacaq”, - deyə akademik Şahin Mustafayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]