ELM VƏ TƏHSİL
AKADEMİK ZİYA BÜNYADOVUN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq, Ziya Bünyadovun çoxcəhətli elmi və ictimai fəaliyyətindən danışmış, onun vətənpərvər bir alim kimi böyük nüfuz qazandığını vurğulamışdır.
Sonra akademiyanın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyevanın “Akademik Ziya Bünyadovun həyat və yaradıcılığı”, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyevin “Akademik Ziya Bünyadov görkəmli şərqşünas kimi”, tarix elmləri doktoru Vaqif Piriyevin “Akademik Ziya Bünyadov və Azərbaycanın tarixi coğrafiya məsələləri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər və çıxış edənlər mərhum akademikin zəngin və mənalı ömür yolundan, şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən geniş söhbət açmış, onun istedadlı bir alim kimi, həm də respublikamızın hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazandığını söyləmişlər.
Sonra konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir.