Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akkreditasiya qaydalarında dəyişiklik: zəif müəssisələrin vəziyyəti necə olacaq? – təhsil eksperti münasibət bildirib

Akkreditasiya qaydalarında dəyişiklik: zəif müəssisələrin vəziyyəti necə olacaq? – təhsil eksperti münasibət bildirib

Bakı, 3 dekabr, Xatirə Cəfərova, AZƏRTAC

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na edilən dəyişikliyin əvvəlki redaksiyadan fundamental şəkildə fərqlənməsi təhsil sistemində keyfiyyətin yüksəldilməsinə yönəlmiş ən ciddi normativ islahatlardan biri kimi dəyərləndirilə bilər. Köhnə qaydalarda akkreditasiyanın nəticələrinə dair yeganə hüquqi mexanizm müəssisənin “hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etmək” hüququ ilə məhdudlaşdığı halda, yeni normativ baza akkreditasiyanın meyarlarını, bal əsaslı qiymətləndirməni, qərarların kateqoriyalarını, təkrar akkreditasiyanı, akkreditasiyadan keçməyən müəssisələrin taleyini və tələbələrin hüquqlarının qorunmasını tamamilə yeni sistem üzərində qurur. Bu dəyişikliklərin mahiyyəti yalnız formal yeniləmə deyil, ali təhsil sistemində struktur yanaşmanın dəyişməsi deməkdir.

Bu barədə AZƏRTAC-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, əvvəlki qaydalarda akkreditasiya meyarları ümumi xarakter daşıyırdı və nəticələrin necə hesablandığı barədə dəqiq metodologiya mövcud deyildi. Bu, praktikada subyektiv qiymətləndirmələrə, müəssisələr arasında bərabərsizliyə və nəticələrin müqayisə olunmazlığına səbəb olurdu. Yeni əlavə olunan 4.16-1-ci bənd məhz bu boşluğu doldurur: “Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanır”. Bu müddəa akkreditasiya prosesinin riyazi, ölçüləbilən və yoxlanıla bilən çərçivə üzərində qurulduğunu təsdiqləyir. Avropa Ali Təhsil Məkanında 2023-cü ildə aparılan təhlilə görə ESG standartlarının tam tətbiq edildiyi ölkələrdə akkreditasiya qərarlarının apellyasiya şikayətləri 41 faiz azalıb, çünki nəticələr obyektiv indikatorlara əsaslanır. Yeni qaydaların bu tələbi Azərbaycanda da nəticələrin obyektivliyini artıra bilər.

Köhnə qaydalarda akkreditasiya nəticələri “keçdi” və ya “keçmədi” tipli ikili yanaşma ilə təqdim olunurdu. Yeni 4.17-ci bənd isə dördpilləli qiymətləndirmə sistemi yaradır: 85–100 faiz “uyğundur”, 70–84 faiz “əsasən uyğundur”, 55–69 faiz “qismən uyğundur”, 54 faiz və aşağı isə “uyğun deyil”. Bu yanaşma Elm və Təhsil Nazirliyinin ali məktəbləri daha dəqiq, daha ədalətli və inkişafyönümlü təsnif etməsinə imkan yaradır. Statistik təhlillər göstərir ki, İsveç, Finlandiya və Niderland kimi çoxpilləli qiymətləndirmə modeli tətbiq edən ölkələrdə akkreditasiya nəticələri əsasında zəif universitetlər 3 il ərzində keyfiyyət göstəricilərini orta hesabla 12–17 faiz yüksəldə biliblər. Çünki sistem inkişaf üçün konkret hədəf və ölçü təklif edir.

Qaydaların 4.30-cu bəndə edilən dəyişikliklər isə yeni sistemin ən kritik elementidir. Köhnə qaydalarda zəif müəssisələr üçün heç bir inkişaf mexanizmi nəzərdə tutulmamışdı; bu da ya müəssisənin bağlanmasına, ya da keyfiyyətsiz fəaliyyətin davam etməsinə səbəb olurdu. Yeni qaydalar “qismən uyğundur” qiyməti alan, lakin 65 faizdən yuxarı nəticə göstərən müəssisələrə iki il vaxt verir. Bu model dünyada “inkişafa əsaslanan akkreditasiya” kimi tanınır. Məsələn, Norveç Təhsil Keyfiyyət Agentliyinin 2024-cü il hesabatında qeyd edilir ki, bu model tətbiq olunduqdan sonra zəif nəticə göstərən universitetlərin 58 faizi iki il ərzində tam uyğun statusa yüksələ bilib. Azərbaycan üçün bu mexanizm həm universitetlərin bağlanmasının qarşısını alır, həm təhsilin keyfiyyətinin mərhələli şəkildə yüksəldilməsini təmin edir. Bu, əvvəlki qaydalarda olmayan çox mühüm islahatdır.

Təhsil eksperti qeyd edib ki, 4.23-cü bənddə qərar müddətinə dair edilən dəyişiklik köklü fərq yaradır. Əvvəllər “1 ay” sərt müddət kimi tətbiq olunurdu və əlavə araşdırma zərurəti yarandıqda belə normativ dayaq yox idi. Yeni redaksiyada “əlavə araşdırmaların aparılması zərurəti yarandıqda 2 ay müddəti” əlavə olunur. Bu dəyişiklik keyfiyyət təminatının əsas prinsiplərindən biri olan “məlumatın tam araşdırılması” prinsipinə uyğundur. OECD-in 2022-ci il hesabatına görə, araşdırma üçün hüquqi müddət nəzərdə tutulan ölkələrdə akkreditasiya qərarlarının səhv verilməsi ehtimalı 30 faiz aşağıdır.

Ən ciddi struktur dəyişikliyi isə 4.37-ci bənddə müəssisənin akkreditasiyadan keçməməsi halında atılan addımların dəqiqləşdirilməsidir. Qaydanın yeni redaksiyası tələbələrin digər müəssisələrə köçürülməsini dövlət öhdəliyi kimi təsbit edir. Bu, sosial ədalət baxımından vacibdir. Avropa Komissiyasının 2023-cü il monitorinqinə görə, tələbə transfer mexanizmi olmayan ölkələrdə ildə təxminən 14 min tələbə təhsilini yarımçıq qoyur. Yeni dəyişiklik tələbələrin hüquqlarının daha güclü qorunmasını təmin edir və ali təhsil sisteminin təhlükəsizliyini artırır.

“Köhnə və yeni qaydaların müqayisəsi göstərir ki, əvvəlki sənəd daha çox cari prosedurların təsviri xarakterinə malik idi və keyfiyyət təminatı mexanizmi institusional səviyyədə qurulmamışdı. Yeni qaydalar isə ali təhsildə sistemli dəyişiklik üçün tam hüquqi çərçivə yaradır. Müsbət tərəflər sırasında ən önəmlisi odur ki, Elm və Təhsil Nazirliyi bu islahatla beynəlxalq standartlara yaxınlaşmanı təmin edir, obyektiv qiymətləndirmə mexanizmi yaradır, zəif müəssisələr üçün inkişaf imkanı saxlayır və tələbələrin hüquqlarını normativ səviyyədə qoruyur. Mənfi tərəf olaraq yalnız onu qeyd etmək olar ki, bal sistemi müəyyən zəif müəssisələr üçün kəskin nəticələr doğuracaq və struktur dəyişikliklərinə məcbur edəcək; lakin beynəlxalq təcrübədə də göstərilib ki, keyfiyyət artımı məhz sərt tələblər tətbiq edilən sistemlərdə baş verir.

Bu dəyişikliklərin tətbiqi nəticəsində ali təhsil müəssisələri üçün həm məsuliyyət, həm də şəffaflıq artır, akkreditasiya qərarları daha çox əsaslı və müqayisə edilən olur, təhsil sisteminin inkişaf dinamikası güclənir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addım Azərbaycanın ali təhsil sisteminin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq elmi-tədris mühitinə inteqrasiya baxımından strateji və müsbət islahat kimi dəyərləndirirəm”, - deyə Kamran Əsədov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb