Akrobatika və idman gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 10 iyun, AZƏRTAC
Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda həm təcrübəli böyük gimnastlar, həm də daha azyaşlı idmançılar öz proqramlarını hakimlərə təqdim edərək, öz aralarında güclüləri müəyyənləşdiriblər.
İdman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında, akrobatlar isə gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında çıxış ediblər.
Yarışlarda 100-dən çox gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” klublarını, Nizami rayonu idman məktəbi və Sumqayıtı təmsil ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]