İDMAN
“Alanyaspor” klubu Abdulla Zubiri transfer etmək istəyir
Bakı, 28 mart, AZƏRTAC
Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.
Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.
Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]
İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
- 30.04.2024 [13:18]
Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
- 30.04.2024 [12:35]