Aleksandar Vuçiç: Serbiyanı mümkün müharibədən xilas etdik
Belqrad, 5 yanvar, AZƏRTAC
Serbiyanı mümkün müharibədən xilas etdik və sülhün qorunması üçün lazımi addımları atacağıq.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Son dövrlərdə gərginləşən Serbiya-Kosovo münasibətlərinə toxunan A.Vuçiç ölkəsinin sülhün qorunması üçün bütün lazımi addımları atacağını qeyd edib.
Serbiya Prezidenti Kosovonun şimalında yaşayan serbləri çətinliklərin gözlədiyini də vurğulayıb.
Ölkənin maliyyə sabitliyini, iqtisadiyyatı və artım tempini qoruduqlarını söyləyən A.Vuçiç Serbiyanın maliyyə sabitliyi baxımından bəzi Avropa dövlətləri ilə müqayisədə daha əlverişli mövqedə olduğunu bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]