Alimlər hiperaktivliyin müalicəsində qəhvənin faydalı olduğunu müəyyən ediblər
Bakı, 17 iyul, AZƏRTAC
Alimlər hiperaktivliyin müalicəsində qəhvənin faydalı olduğunu müəyyən ediblər.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, ABŞ alimləri bunu təcrübə etmək üçün 11 uşaq seçərək onlara dərman əvəzinə hər səhər və günorta yeməyində bir fincan qəhvə veriblər. Təcrübə nəticəsində məlum olub ki, seçilmiş uşaqlar dərman preparatlarından istifadə etdikləri müddətə nisbətən daha az hiperaktivlik nümayiş etdiriblər.
Diqqət əskikliyi və hiperaktivlik milyonlarla uşağa təsir göstərir. Daha çox istifadə edilən müalicə metodu, əsasən, terapiya və stimullaşdırcı həblərdir. Diqqət əskikliyi olan insanlarda bu həblər dopamin səviyyəsini yüksəldir, beyində impulsların idarə olunmasını nəzarət altına alır və fokuslanma mexanizmini asanlaşdırır.
Kofeinin həblərdən əsas üstünlüyü dərman tərkibli olmamasıdır. Kofein də diqqət əskikliyinə müsbət təsir göstərir, hiperaktivliyin müalicəsində effektiv hesab edilir. Lakin pediatrlar qəhvənin uşaqlara yuxudan öncə verilməsini tövsiyə etmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2023 [11:40]
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
- 17.08.2023 [16:14]
Kvant hesablamaları səs dalğaları formatında saxlamaq mümkün olacaq
- 17.08.2023 [11:53]
NASA-nın “Orion” kosmik gəmisi sınaqdan uğurla keçib
- 10.08.2023 [15:26]
“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günü keçirilib
- 08.08.2023 [15:26]
Qaranlıq maddə və kainatın genişlənməsinə yeni baxış
- 08.08.2023 [12:13]
Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək
- 07.08.2023 [13:01]