Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada Dünya Azərbaycanlı Gənclərin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir

Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I konqresinə hazırlıq işləri başa çatmaq üzrədir.

Tədbir Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən birgə təşkil ediləcəkdir.

DİDK-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konqresdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, DİDK-in sədri Nazim İbrahimovun, gənclər və idman naziri Azad Rəhimovun, Milli Məclisin deputatlarının, Azərbaycanın Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təmsilçilərinin iştirakı nəzərdə tutulmuşdur. Konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, KİV nümayəndələri qatılacaqlar. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin böyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə olunur. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.

Dünya Azərbaycanlı Gənclərinin I konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

İkigünlük tədbirin açılışı “The Westin Grand” otelində olacaqdır. Konqresin işinin 4 paneldə qurulması nəzərdə tutulmuşdur. “Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu” adlı ilk panelin aparıcısı Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov olacaqdır. Bu paneldə Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan “Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri”, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri”, Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi”, Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev “Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi”, Amerika Azərbaycanlıları Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov “Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək perspektivlər” mövzularında məruzələr təqdim edəcəklər.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərovun aparacağı ikinci panel isə “Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu” adlanacaqdır.

Bu paneldə TürkPA-nın baş katibi Ramil Həsənov “Gənc siyasətçilərin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında yeri və rolu”, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təmsilçisi, Rusiya Gömrük Akademiyasının tələbəsi Fərid Həsənov “Azərbaycanın Avropaya inteqrasiyası prosesində ictimai dünyagörüşün uzlaşdırılması və milli-mənəvi dəyərlərin qorunması problemlərinə müasir gəncliyin baxışı”, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə “Mədəniyyətlərarası dialoqun inkişafı, mədəni-etnik müxtəlifliyin təbliği problemləri və müasir Azərbaycan gəncliyi”, ABŞ-ın Kolumbiya və İllinoys universitetlərinin məzunu, qloballaşma məsələləri üzrə ekspert Nicat Məmmədli “Azərbaycan və qloballaşan dünyanın reallıqları - gənclərin gözü ilə” mövzusunda çıxış edəcəklər.

İkinci hissədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat veriləcəkdir.

Konqresin üçüncü paneli “Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası”na həsr olunacaqdır.

Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovun aparıcılıq edəcəyi bu hissədə Azərbaycan Gənclərinin Avratlantika Təşkilatının sədri Ziya Qazıyev “Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları”, Dünya Тürk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev “Azərbaycanlı gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması sahəsində qarşıda duran vəzifələr”, BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev “Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri”, Almaniyanın Höttingen Universitetinin doktorantı Vüsal Əliyev “Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı”, Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev “Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolu” barədə çıxış edəcəklər.

“İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlının aparıcılıq edəcəyi “İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində” adlı sonuncu paneldə isə “Xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində gənclər təşkilatlarının rolu”, “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində azərbaycanlıların məruz qaldıqları hüquq pozuntuları hallarının beynəlxalq məhkəmələrə çıxarılması perspektivi gənclər təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi”, “Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri” mövzularında məruzələr təqdim olunacaqdır. Bu məruzələrlə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri Orxan Əkbərov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əməkdaşı Vüqar Fətəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gürcüstan Azərbaycanlıları Konqresi nəzdində Gənclər Təşkilatının sədr müavini, “Gürcüstan Azərbaycanlıları” qəzetinin baş redaktoru Ramila Hüseynova çıxış edəcəklər.

Tədbirdə, həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması ideyası müzakirə ediləcəkdir. Konqresin sonunda yekun sənədlər qəbul olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası