ALMANİYADAKI AZƏRBAYCANLILARIN KOORDİNASİYA MƏRKƏZİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Berlin, 28 mart (AZƏRTAC). Martın 26-da Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri Berlin şəhərindəki Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycan diasporu ilə görüşmüşlər. Fəttah Heydərovun rəhbərlik etdiyi Milli Məclis nümayəndə heyətinin üzvləri Rövşən Rzayev, Nizami İskəndərov, Fuad Muradov, Çingiz Əsədullayev, Fazil Mustafayev Berlində yaşayan soydaşlarımızla görüşdə ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış etmiş, Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova qonaqları salamlayaraq mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir.
Görüşdə qeyd edilmişdir ki, son zamanlar diaspor çox canlanmışdır və özünün yetkinlik dövrünü yaşayır. Azərbaycanın dövlət qurumları indi Avropa ilə əlaqəni yeni formada, müasir dövrə uyğun, işgüzar tərzdə və ən əsası diasporun rolunu nəzərə alaraq təşkil edirlər. Bu məqamda Azərbaycanın Almaniyadakı səfirliyinin, Diaspor İlə İş üzrə Dövlət Komitəsinin, həmçinin Milli Məclis üzvlərinin diaspora diqqəti xüsusi qeyd edilmişdir.
Vurğulanmışdır ki, Azərbaycan Respublikası və xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələr sistemli xarakter almışdır və dinamik şəkildə inkişaf edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]