Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilir

Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresi öz işinə başlamışdır.

Konqresi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə təşkil etmişdir.

Konqresdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, 41 gənclər təşkilatının nümayəndələri, dünyanın 23 ölkəsindən 131 gənclər qurumunun, 25 ölkədən 41 diaspor təşkilatının rəhbərləri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT - AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılmışdır.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konqresi açaraq iştirakçıları salamlamışdır.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

N.İbrahimov çıxışına davam edərək demişdir ki, toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaqdır. Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olmuş, respublikamızın inkişafında mühüm rol oynamışdır.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm vermişdir. 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə həmin şəxslər təşkil edirlər. Prezident İlham Əliyev ulu öndərin bu siyasətinə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur.

Dövlət Komitəsinin sədri demişdir ki, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər.

Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis etmişlər. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olmuşdur. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atmışdır.

N.İbrahimov diqqətə çatdırmışdır ki, dünyanın müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə mütəşəkkil aksiyalar, elmi-praktiki konfranslar, etiraz yürüşləri keçirirlər. Onlar müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar. Xaricdə təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin mədəni irsinin ən fəal təbliğatçılarıdırlar. Bu həm də o deməkdir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından asılı olmayaraq, öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdirlər. Bu mühüm amil ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında nikbin düşünməyimizə əsas verir. Elə buna görə də Prezident İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək demişdir: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.

Komitə sədri onu da bildirmişdir ki, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının qarşısında həllini gözləyən bir sıra taleyüklü vəzifələr də dayanır. Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması və digər sahələrdə görüləsi işlər çoxdur. Lakin gəncliyin bugünkü ruhu, proseslərə baxışı, intellektual potensialı deməyə əsas verir ki, gənc soydaşlarımız bu vəzifələrin öhdəsindən uğurla gələcəklər. Dünya Azərbaycanlı Gənclərin I Konqresi də əslində bu inamın və etimadın təzahürüdür.

Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürütmüşlər. Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur. Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır. Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir.

Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının şöbə müdiri xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla ümummilli liderimiz bu günləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.

Ə.Həsənov həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran vəzifələrdən də danışmışdır. O, gənclərə müraciətlə demişdir ki, sizin qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.

Sizin gücünüz, intellektiniz Vətənin, dövlətin, millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz sağlam və təhsilli gənclik yetişdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıyacaq, sevəcək, hörmət edəcək və dəstək verəcəkdir. Dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnmək, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunması vacibdir.

Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə də gənclərə məlumat vermiş və bildirmişdir ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatını puça çıxarmaqdır.

Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırmışdır: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli amilə, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsini dünyaya yaymaqda o qədər də böyük əhəmiyyəti olacaqdır. Bu istiqamətdə hər bir ölkədə fəaliyyət göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız. Çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanından yaxşı faydalanmaq lazımdır”.

Sonra RAGT-ın icraçı direktoru Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini oxunmuşdur. Müraciətdə deyilir:

“Əziz dostlar! Bu gün siz mühüm bir hadisənin - Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər. Ümumi məqsədlərə çatmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər. Yaşadığımız yerdən asılı olmayaraq, hamımızı ümumi Vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.

Frankfurtda keçirilən Dunya Azərbaycanlı Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün nadir bir imkandır. Bundan əlavə, Konqres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir.

RAGT rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. RAGT ötən dövrdə öz fəaliyyət coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının demək olar ki, bütün regionlarında yaradılmışdır. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqamətlənmişdir. Biz onlara təhsil almaqda kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir.

Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplantı iştirakçılarının hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir.

Əminəm ki, iştirakçısı olduğumuz gənclər Konqresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir.

Sizə yeni-yeni uğurlar və Konqresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!”.

Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, DAG-ın Konqresi Azərbaycanın zəngin ictimai-siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcəkdir. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir. İndi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzmkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütunlar üzərində uğurla inkişaf etməkdədir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm qoymuşdur. Təməli ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.

Gənclərin inkişafına yönəlmiş normativ-hüquqi baza formalaşdırılmış, bir sıra dövlət proqramları icra olunmuş, 200-dən artıq qeyri-hökumət gənclər təşkilatı yaranmışdır. Ümumilikdə, son 5 ildə hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənməsi üçün dövlət büdcəsindən 3,8 milyon manat vəsait ayrılmışdır.

İndi Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər.

Nazir, DAG-ın I Konqresinin gənclərin Azərbaycan naminə fəaliyyətinin daha sıx əlaqələndirilməsinə, gücləndirilməsinə və təşkilatlanmasına təkan verəcəyinə, gələcək nəsillər üçün faydalı olacağına inamını ifadə etmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov gənclərə bütün məsələlərdə yardımçı olmaq barədə Azərbaycan rəhbərliyindən tapşırıq aldıqlarını və bu istiqamətdə hər bir yardımı etməyə hazır olduqlarını diqqətə çatdırmışdır.

Konqres iştirakçıları qarşısında təbrik sözü ilə TürkPA-nın baş katibi Ramil Həsənov, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov çıxış etmiş, tədbirlə bağlı fikirlərini bölüşmüşlər.

Türkiyənin baş konsulu İlhan Sayqılı Türkiyə-Azərbaycan dostluğundan danışmış, çıxışını “Türkiyə ilə Azərbaycan bir ürək, bir candır” sözləri ilə bitirmişdir.

Sonra 4 paneldən ibarət konqresin “Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu” mövzusunda ilk bölmə iclası keçirilmişdir. Bu paneldə Türkiyə-Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Araşdırmalar və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başkanı Sinan Oğan “Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri”, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri”, Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi”, Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev “Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi”, gənc iş adamı Anar Məmmədov “Azərbaycan və qloballaşan dünyanın reallıqları gənclərin gözü ilə”, Amerika Azərbaycanlıları Şurasının sədri, Amerika Azərbaycanlıları Şəbəkəsi “USAN”-ın Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov “Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və perspektivlər” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələr ətrafında çıxışlar olmuşdur.

Konqres işini noyabrın 28-də davam etdirəcəkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Frankfurt

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası