AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Bu ilin altı ayında maliyyə sektorunun aktivləri 7 faiz artaraq 64,9 milyard manata çatıb. Bu, ümumi daxili məhsulun (ÜDM) 50 faizi deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 6 ayın yekunlarına dair Maliyyə Sabitliyi Hesabatinın təqdimatı və mətbuat konfransında deyib.
O bildirib ki, maliyyə sektorunun aktivlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti isə 71 faiz təşkil edir: “Yanvar-iyun aylarında sektorun bütün seqmentləri üzrə artım müşahidə olunub. Bankların aktivləri ümumi aktivlərin 94 faizini təşkil edir”.
Video - Ceyhun Mustafayev