AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
AMEA-nın rəhbərliyi və kollektivi mayın 10-da müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.