ANAMA yanında İctimai Şuraya namizədlər müəyyənləşib
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi başa çatıb. On vətəndaş cəmiyyəti nümayəndəsinin İctimai Şurada təmsil olunmaq üçün namizədliyi təsdiqlənib. Seçkilər zamanı bunlardan yalnız yeddi namizədin seçilməsi nəzərdə tutulub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, namizədliyi irəli sürülmüş şəxslər minatəmizləmə, minadan zərərçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadan zərərçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.
Səs vermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri avqustun 12-dək şəxsiyyət vəsiqəsinin, işçi vəsiqəsinin və dövlət qeydiyyatı ilə bağlı sənədlərin surətlərini
[email protected] e-mail ünvanına təqdim edə bilərlər.
ANAMA yanında İctimai Şuraya seçkinin avqustun 22-də Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küçəsi, 260 AZ1108, Bakı, Azərbaycan) keçirilməsi nəzərdə tutulub.
İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin siyahısı ANAMA-nın saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]