Anar Quliyev: Ulu Öndər Heydər Əliyev memar əməyinə həmişə qayğı ilə yanaşıb
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev Azərbaycanda şəhərsalma tikintisində məhz memarların xüsusi rolunu çox yaxşı bilirdi. Gözəl memarlıq əsərlərini yüksək qiymətləndirən Heydər Əliyev memar əməyinə həmişə qayğı ilə yanaşıb. Şəhərsalma və tikinti məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” adlı konfransda söyləyib.
Qeyd edib ki, Heydər Əliyev yeni tikilən binaların memarlıq üslubunda milli naxışlardan istifadə etməyi tövsiyə edirdi. Bu da Ulu Öndərin milli mədəniyyətimizə dərin məhəbbətinin göstəricisidir. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, - deyən Heydər Əliyevin bütün fəaliyyəti xalq ilə, Azərbaycan dövləti ilə bağlı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:25]
Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
- 19.05.2026 [18:02]
Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb
- 19.05.2026 [10:14]
Naxçıvanda Ümummilli Liderə həsr edilmiş konsertdən FOTOLAR
- 14.05.2026 [01:33]
İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb VİDEO
- 13.05.2026 [18:09]
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub VİDEO
- 13.05.2026 [12:27]