Azərbaycan Dövlət İnformasiya Agentliyi

AOK prezidenti: Avropa Oyunları Olimpiadadan sonra ikinci əhəmiyyətli turnir olmalıdır

AOK prezidenti: Avropa Oyunları Olimpiadadan sonra ikinci əhəmiyyətli turnir olmalıdır

Bakı, 14 may, AZƏRTAC 

İyunun 21-dən 30-dək Minskdə II Avropa Oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti (AOK) Yanes Kosyançiç TASS informasiya agentliyinə müsahibəsində Belarusun turnirə hazırlığını qiymətləndirib, Rusiyanın dünya idmanının inkişafında böyük rolunu qeyd edib, həmçinin yaxın gələcəkdə qış Avropa Oyunlarının keçirilməsi perspektivindən bəhs edib.

-Artıq Avropa Oyunları ənənəvi tədbirə çevrilir. Onların perspektivlərini necə görürsünüz?

-Bizim vəzifəmiz Avropa Oyunlarını Olimpiadadan sonra ikinci əhəmiyyətli multiidman tədbirinə çevirməkdir. Biz artıq bu ilin iyununda Minskdə keçiriləcək İkinci Avropa Oyunları ərəfəsindəyik. Oyunlar ənənəvi hal alacaq və yay Olimpiadasına bir il qalmış hər dörd ildən bir keçiriləcək.

Düşünürük ki, Avropa Oyunları daha da güclənir. Avropa dünyada ən güclü idman qitəsidir. Avropada dünya əhalisinin 10 faizə yaxınının yaşamasına baxmayaraq, yay idman növləri üzrə medalların təxminən 50 faizini avropalı idmançılar qazanır, qış növlərində isə bu rəqəm 70 faizə çatır. Bu faktlar bizim nə qədər güclü olduğumuzu göstərir və gələcəkdə də bu səviyyədə qalmaq istəyirik.

-Avropa Oyunları AOK-a gəlir gətirirmi?

-Oyunlardan əldə etdiyimiz gəlirin hamısını onların inkişafına sərf edirik. Lakin başa düşmək lazımdır ki, AOK qeyri-kommersiya təşkilatıdır. Bizim əsas məqsədimiz gəlir əldə etmək deyil, idmanı inkişaf etdirməkdir.

-Minskin qarşıdakı yarışlara hazırlıq səviyyəsi sizi qane edirmi?

-Biz belaruslu dostlarımızın işindən və turnirin təşkilat komitəsindən çox razıyıq. Belarus yarışların təşkilində zəngin təcrübəyə malikdir: onlar xokkey və həndbol üzrə bir neçə çempionata ev sahibliyi ediblər. Bu səbəbdən biz cari ildə əla Avropa Oyunlarının keçiriləcəyini gözləyirik.

İnkişaf etmiş iqtisadi, mədəni və idman infrastrukturuna malik olan Belarus bu Oyunları keçirməyə layiqdir. Yarışları işıqlandırmaq üçün Minskə minə yaxın jurnalist gələcək və onlar sonra öz materiallarında bütün dünyaya Belarus xalqının qonaqpərvərlindən bəhs edəcəklər. Əminəm ki, Oyunlardan sonra Belarusun imici daha da yaxşılaşacaq və bu ölkə Avropa həyatına əla inteqrasiya edəcək.

Biz Oyunların başlanmasını gözləyirik, bu yarışların uğurla keçirilməsinin qarşısında heç bir maneə görmürük. Qalan bəzi təşkilati məsələlər də ən yaxın vaxtda öz həllini tapacaq və hazırda heç bir problem yoxdur.

-2023-cü il Avropa Oyunları harada keçiriləcək?

-Namizədlərdən müraciətlərin qəbul edilməsinin açıq prosedurası var. Yarışlara ev sahibliyi etmək istəyən bir neçə şəhər mövcuddur. Minsk Oyunları ərəfəsində Avropa Olimpiya Komitələri Baş Assambleyasının növbədənkənar iclası keçiriləcək və orada gələn Oyunlara kimin ev sahibliyi edəcəyi müəyyənləşəcək.

-2023-cü il Avropa Oyunlarını keçirməyə iddiaçı olan ölkələr hansılardır?

-Müraciətlərin qəbulu prosedurası açıq olduğu üçün mən hələlik namizədlərin adlarını açıqlamaq istəmirəm, lakin Oyunlara xüsusi maraq göstərən iki şəhər var (Kazan və Katovitse - TASS-ın qeydi). Səsvermə qapalı keçiriləcək və 50 Olimpiya komitəsi qarşısında namizədlərin adlarını açıqlamaq və kiməsə üstünlük vermək düzgün olmazdı.

-Minskdəki yarışlarda Rusiya yüngül atletləri də çıxış edəcəklər. Onların qələbəni öz ölkələrinin bayrağı altında qeyd etmək imkanı olacaqmı?

- Əlbəttə, rusiyalılar qələbəni öz bayraqları altında bayram edə bilərlər, bizim bununla bağlı heç bir şübhəmiz olmayıb. Mən həmişə müxtəlif beynəlxalq təşkilatların təşəbbüslərinə tənqidi yanaşmışam. Onlar hesab edirlər ki, dopinq əleyhinə pozuntulara görə hər hansı bir ölkəni, bu, ABŞ, Rusiya, Çin və ya hər hansı digər dövlət də ola bilər, elə cəzalandırmaq olar ki, gənc idmançılar öz ölkələri üçün qürur hissi keçirə bilməsinlər. Hər bir ölkənin qazandığı uğurları özünün bayrağı və himni altında bayram etmək hüququ var.

-Rusiyanın 2019-cu il Avropa Oyunlarına iddia etməsi, lakin bunun yüngül atletika üzrə milli federasiyada dopinq problemləri üzündən baş tutmadığı doğrudurmu?

— Bizim aramızda müxtəlif danışıqlar olub, lakin həmin vaxt Rusiyanın namizəd olacağını düşünmürdük.

-Sizin planınızda qış Avropa Oyunlarının keçirilməsi məsələsi varmı?

-Müəyyən təkliflərin olduğunu gizlətmirəm. Bu, mümkündür və bir neçə Avropa ölkələri var ki, onlar bir dəfə də olsun qış Olimpiadasında iştirak etməyiblər. Lakin əminəm ki, yay Avropa Oyunlarının inkişafı nəticəsində qış Avropa Oyunlarının keçirilməsinin zamanı da gələcək.

-1908-ci ildə Londonda keçirilmiş yay Olimpiadasında qış Olimpiya növü olan fiqurlu konkisürmə də proqrama daxil idi. Bəlkə yaxın perspektivdə Avropa Oyunlarının proqramına örtülü zallarda keçirilən qış idman növləri də daxil ediləcək?

-Bu məsələ də müzakirə olunur, lakin bizim mövqeyimiz ondan ibarətdir ki, qar və ya buzla əlaqəli olan idman növləri yalnız qış Olimpiadasında, yaxud əgər keçirilərsə, qış Avropa Oyunlarında olmalıdır. Yay idman növləri isə yay Oyunlarına aiddir. Biz Olimpiadanın proqramına daxil edilməyən yeni yay idman növlərini əlavə etməyə çalışırıq və hesab edirik ki, təkcə qədim standartları mütəmadi olaraq təkrar etməli deyil, gənc nəslin maraqlarına uyğun hərəkət etməliyik.

-AOK və Rusiya Olimpiya Komitəsi arasında münasibətlər necədir?

-Bizim münasibətlərimiz əladır, mən tez- tez dostum və həmkarım Stanislav Pozdnaykov ilə ünsiyyətdə oluram. Rusiya Olimpiya Komitəsinin dünyada həmişə böyük nüfuzu olub. Bu da tamamilə təbiidir, çünki Rusiya qazanılan Olimpiya medallarının sayına görə dünyada ikinci yeri tutur. Mən AOK və Rusiya Olimpiya Komitəsi arasında yüksək səviyyədə əməkdaşlığa maneə olan heç bir səbəb görmürəm.

-Rusiyanın Avropa idmanı üçün əhəmiyyəti nədir?

-Rusiya Avropanın ən güclü ölkələrindən biridir və belə də qalacaq. Bu səbəbdən biz onunla müxtəlif komponentlər, o cümlədən Avropa idmanının gələcək inkişafını müəyyən edən təşkilatı və peşəkar məsələlər üzrə əməkdaşlığa ehtiyac duyuruq.

Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır