Apellyasiya Arbitraj Tribunalı Azərbaycan millisinin sabiq futbolçusunun cəzasını azaldıb
Bakı, 11 mart, AZƏRTAC
Apellyasiya Arbitraj Tribunalı “Haypers Quba” klubunun apellyasiya şikayətini qismən təmin edib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, I Liqanın 14-cü turunun “Şəmkir”lə görüşündə hakimi təhqir etdiyi üçün 4 oyun diskvalifikasiya edilən Quba komandasının futbolçusu Ruslan Qurbanovun cəzası 2 matça endirilib. İki oyunluq şərti cəzanın çəkilməsinə görə üç ay sınaq müddəti təyin edilib.
Apellyasiya şikayəti qalan hissədə təmin olunmayıb, cərimə ilə bağlı qərar qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.
Qeyd edək ki, Ruslan Qurbanov Azərbaycan millisində 26 oyun keçirib və 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]