Aprelin 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-11° isti, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 9-11° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 6-11° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, axşam qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-130 isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.