Aprelin 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 11-16° isti, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 8-13° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi qərb rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.