Aprelin 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15° isti, gündüz 19-24° isti olacaqdır.
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-18° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 13-dən 14-ü səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi və atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 14-15-də meteoroloji amillərin iqlim norması daxilində zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir.