Aprelin 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14° isti, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 4-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 6-10° isti, gündüz 14-18° isti olacağı gözlənilir.