Aprelin 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
axşam və gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.