Aprelin 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-15° isti, gündüz 21-26° isti olacaqdır.
Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperaturun gecə 6-11°, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 17-19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da atmosfer təzyiqinin enərək normadan aşağı olması fonunda mülayim cənub küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.