Araşdırmalar qarın zərərli maddələri absorbsiya etdiyini üzə çıxarıb
Bakı, 9 aprel, AZƏRTAC
Kanadanın McGill Universitetinin alimləri araşdırma nəticəsində qarın toksiki və kanserogen çirkləndiriciləri toplaya bildiyini üzə çıxarıb.
Qar zəhərli və xərçəng xəstəliyinə səbəb olan üzvi çirkləndiriciləri, yəni müəyyən çoxnüvəli aromatik karbohidrogenləri absorbsiya etmək qabiliyyətinə malikdir.
Tədqiqatçılar laboratoriyada temperaturu nəzarət olunan şüşə sferaya təzə qar yerləşdiriblər və müasir minik vasitələrindən birinin benzin mühərrikindən işlənmiş qazların çıxması üçün istifadə ediblər. Sonra aşağı mühit temperaturunda maşın emissiyaları ilə qar arasında bağlılıq təhlil edilib. Araşdırma nəticəsində yalnız 30 dəqiqə ərzində qarın maşın mühərrikindən çıxan üzvi çirkləndiricilərin və aerozol hissəciklərin böyük qismini özünə çəkdiyi məlum olub. Bununla da havada olan çirkləndiricilərin qarla qarışıb fərqli tərkibə malik olması və bu kanserogen maddələrin qar əridiyində torpağa, havaya və suya zərər verə bilməsi aşkarlanıb.
Nəticələr “Environmental Pollution” jurnalında də nəşr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]