“Araz” klubunun UEFA kubokunun əsas mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), “E” və “F” qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.
Qeyd edək ki, “E” qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), “F” qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Vrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər “Leo” “F” qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]