ARDNŞ İYULDA 12442 METR QAZMA İŞİ HƏYATA KEÇİRMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, şirkət iyulda 12442 metr qazma işi həyata keçirmişdir. Bunun 12212 metri istismara, 230 metri isə kəşfiyyata aid olmuşdur.
Ötən yeddi ayda şirkət tərəfindən 80125 metr qazma işi görülmüşdür ki, bunun da 78995 metri istismar, 1130 metri isə kəşfiyyat quyularında həyata keçirilmişdir.