ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) ölkəmizin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib.
ARKA -dan AZƏRTAC-a bildirilib ki, görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Salam Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.
İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.
ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]