Aşura günündə qanvermə aksiyası hansı məscid və ziyarətgahlarda keçiriləcək? – SİYAHI
Bakı, 13 iyul, AZƏRTAC
Xəbər verildiyi kimi, bu il Aşura günü iyulun 28-nə təsadüf edir. Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası təşkil olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qanvermə aksiyası aşağıdakı məscid və ziyarətgahlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı;
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı;
Nizami rayonu “Sahib-əz-Zaman” məscidi;
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı;
Suraxanı rayonu Qaraçuxur məscidi;
Yasamal rayonu Təzə Pir məscidi;
Yasamal rayonu Hacı Soltanəli məscidi;
Binəqədi rayonu İmam Əli məscidi;
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]