Atletika üzrə paytaxt birinciliyinə start verilib
Bakı, 25 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında atletika üzrə Bakı şəhər çempionatına start verilib.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda səkkiz komandanın heyətində 100-dən çox atlet iştirak edir. Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 110 metr məsafəyə maneələrlə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhəatma və nizəatma yarışlarında qüvvələrini sınayırlar.