Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aureliya Qriqoriu: Sağlam düşüncəli bütün insanlar Xocalı qətliamını tanımalıdırlar

Bakı, 20 fevral, AZƏRTAC

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar, bu günlərdə Kişineuda Moldova Hökumətinin Etnoslararası Münasibətlər Bürosunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin və Moldova Azərbaycanlılar Konqresinin təşkilati dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyinin və Moldova İctimai Palatasının iştirakı ilə keçirilən tədbirdə Moldova Respublikası hökumətinin nümayəndələri, Moldova parlamentinin deputatları, bu ölkədə akkreditə edilmiş xarici diplomatlar, alimlər, ekspertlər, politoloqlar, jurnalistlər, habelə Moldovadakı Azərbaycan diasporunun və tələbələrin nümayəndələri iştirak ediblər.

Moldova Azərbaycanlılar Konqresinin sədri Vüqar Novruzov tədbiri açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verib və vurğulayıb ki, Xocalı qətliamı Azərbaycan xalqının qəlbində sağalmayan yara kimi qalıb. Vüqar Novruzov deyib: “Mən özüm əslən Azərbaycanın hazırda ermənilər tərəfindən işğal edilmiş Laçın rayonundanam. Bu gün heç bir azərbaycanlı orada öz doğma yurduna gedə bilmir. Öz torpaqlarında dəfn edilmiş doğmalarının məzarlarını ziyarət etmək arzusunda olanlar çoxdur. Lakin doğmalarının məzarlarını ziyarət etməyə gedən Dilqəm və Şahbaz qeyri-qanuni şəkildə həbs ediləndən sonra bu insanlar risk etmirlər. Biz ədalətin zəfər çalacağına inanırıq, lakin bunu tələb edirik və haqqın-ədalətin bərpası uğrunda, ilk növbədə bu faciənin təqsirkarlarının layiqli cəza alması, insanlığa qarşı törədilmiş bu cinayətlərə siyasi-hüquqi qiymət verilməsi və gələcəkdə belə hallar təkrarlanmaması üçün mübarizəmizi davam etdirəcəyik”.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qeyd edib ki, xəritədə bir nöqtə kimi göstərilən Xocalı indi amansızlığı və qeyri-insaniliyi ilə bütün dünyanı sarsıtmış kütləvi qətllərin törədildiyi faciəli məkanlardan biridir. Qüdsi Osmanov deyib: “Ermənilər tərəfindən bu qanlı qırğının törədildiyi vaxtdan 25 il keçsə də faciənin dəhşətləri hələ də unudulmayıb. Bir sıra ölkələrin qanunverici orqanları Xocalı qırğınını soyqırımı kimi tanıyıblar. Yaxın vaxtlarda, bu ilin yanvar ayında daha bir ölkə - Cibuti Respublikası Azərbaycanı dəstəkləyib. Cibuti Respublikasının parlamenti, Milli Assambleya Xocalı soyqırımını pisləyib və ona siyasi-hüquqi qiymət verib. Azərbaycanla həmrəy olan ölkələrin sayı ilbəil artır. Bu, bizi ədalət uğrunda mübarizəni davam etdirməyə və Xocalı faciəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmağa ruhlandırır. Onlarca jurnalist və hadisənin şahidləri tərəfindən sənədləşdirilmiş bu faciə beynəlxalq miqyasda tanınmalı və ona ədalətli siyasi-hüquqi qiymət verilməlidir. Çünki cəzasız qalan cinayətlər təcavüzkarları yeni cinayətlərə sövq edir”.

Moldova hökumətinin Etnoslararası Münasibətlər Bürosunun baş direktoru Oleq Babenko deyib: “Mən 25 il bundan əvvəl Xocalı şəhərində baş vermiş soyqırımı aktının Azərbaycan xalqı tərəfindən unudulmaması faktını yüksək qiymətləndirirəm. Çox vacibdir ki, bu gün bizim bir yerə toplaşmaq və bu faciə barədə açıq danışmaq imkanımız var”.

Moldova parlamentinin deputatı, parlamentin xarici siyasət və Avropaya inteqrasiya üzrə komissiyasının sədr müavini Sergey Stati vurğulayıb ki, Xocalı faciəsi dünya birliyinə siyasi, millətçi ambisiyaların və işğalçılığın nəyə başa gələ biləcəyi barədə dünya birliyinin fikirləşməsinə imkan verir. Deputat deyib: “Həll edilməmiş ərazi münaqişələrinin olması və gördüyümüz müharibələrin dəhşətləri bizim ölkələri birləşdirir. Bu hadisələrin nəticələri eynidir: heç bir təqsiri olmayan çoxsaylı insanlar qurban gedib”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Belarus, Rumıniya və Polşadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu vurğulayıb ki, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımının tanınması Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaradılması və bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin bilavasitə iştirakçılarının və təqsirkarlarının beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsi prosesində mühüm mərhələdir. Aureliya Qriqoriu deyib: “Sağlam düşüncəli bütün insanlar Xocalı qətliamını tanımalı, beynəlxalq ictimaiyyət isə bu hadisələrdən ibrət dərsi almalıdır. O dəhşətli hadisələr ətrafında informasiya blokadası axır ki, aradan qalxıb. İnanmaq çətindir ki, azərbaycanlılara münasibətdə bu vəhşiliklər və barbarlıq lap yaxın vaxtlarda, təxminən 25 il bundan əvvəl törədilib. Moldova parlamenti səviyyəsində Xocalı soyqırımının tanınması məsələsi qaldırılanda Moldovanın bir sıra qeyri-hökumət təşkilatları bu ölkədə Xocalıya ədalətin bərqərar olması kampaniyası keçirilməsində bilavasitə iştirak etmək arzularını bildirdilər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşuldular. Azərbaycana xas olan tolerantlığın və multikulturalizmin xüsusiyyəti ondan ibarətdir ki, ölkə ərazisinin 20 faizi işğal edildiyi, 1 milyondan çox qaçqın və məcburi köçkün olduğu şəraitdə bu prinsiplər tətbiq edilir. Müasir dövrdə ksenofobiyanın, islamofobiyanın, faşizmin, antisemitizmin, insanlara nifrətin bütün növlərinin yeganə alternativi multikulturalizmdir”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut öz çıxışında qeyd edib ki, Azərbaycan faşistlərin insana nifrətindən xilas olmuş minlərlə avropalı yəhudi üçün əvvəlcə sığınacaq, sonra isə əsl Vətən olub. Arye Qut vurğulayıb: “XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi mənəvi, əxlaqi və siyasi kolliziyaların dönüş nöqtəsi kimi, bütün başqa problemləri əhatə edir. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı şəxsən mənim üçün də ağrı-acı, şəxsi faciədir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtə deyil, qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adları qəddarlığın və qeyri-insani rəftarın rəmzinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad əlavə olundu - Azərbaycanın Xocalı şəhəri. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmayan sakinlərdən heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin törətdiyi vəhşilik nəticəsində 613 nəfər öldürülüb, 487 adam şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli əzab-əziyyətə, təhqirlərə və alçaldılmağa məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi vardır - bu adamlar hamısı azərbaycanlılar idi. Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim mənsub olduğum xalqın 6 milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənir? Cavab aydındır - heç nə ilə. Bu gün İŞİD dəstələri əsir düşənlərin başlarına gətirdiyi müsibətləri 1992-ci ildə Xocalıda erməni terrorçuları bəzən daha pis şəkildə ediblər”.

Arye Qut çıxışının sonunda deyib: “Bu il mənim təzə bir kitabım çapdan çıxıb. Həmin əsərin həmmüəllifi atam Əmir Qutdur. Biz Azərbaycanda yaşayarkən atam xidməti vəzifəsi ilə əlaqədar tez-tez Qarabağda ezamiyyətdə olurdu. Atamdan eşitdiyim söhbətlərdən, erməni əsirliyində olmuş azərbaycanlılarla şəxsən görüşəndən sonra mən Xocalı haqda kitab yazmağı qərara aldım. Bilirsinizmi, onlar mənə çox dəhşətli, utanc gətirən hadisələr danışdılar”.

Tədbir çərçivəsində Arye Qut öz atası Əmir Qut ilə şərikli müəllif kimi yazdığı, Xocalı soyqırımı hadisələrinə həsr edilmiş “Ağrı” adlı bədii-sənədli romanını təqdim edib. Romanın müəllifləri müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub olan, fərqli mühitlərdə və fərqli şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşmüş iki gəncin romantik sevgi tarixini təsvir edirlər.

Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır ki, romanın qəhrəmanı Röya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı aktının canlı şahididir. Məhsəti Əliyeva vurğulayır: “Röyanın ailəsi doğma yurdundan qaçqın düşüb, çox itkilərlə, mənsub olduğu xalqın zorla cəlb edildiyi müharibənin dəhşətləri ilə üzləşib. Röya böyüyəndən sonra salamat qalmış həmyerlilərinin itkin düşmüş doğmalarını və yaxınlarını axtarıb tapmalarına kömək etməyi qərara alır. O, həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün var gücü ilə çalışır”.

Hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev qeyd edib ki, o, uzun müddət 1992-ci fevralın 26-da baş vermiş faciəli hadisələrin şahidlərinin və həmin faciənin qurbanlarının qohumlarının xatirələrini toplayıb. A.Quliyev deyib: “Bu, həqiqətən böyük ağrı və dərddir, insan ağlı bunları anlamaqda və təsvir etməkdə acizdir”.

Tədbirin sonunda oraya dəvət edilənlərə XX sonunda minlərlə insanın həyatına son qoymuş, minlərlə insan taleyinin şikəst olması ilə nəticələnmiş dəhşətli faciədən bəhs edən kitablar və bukletlər paylanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib