AVQUSTUN 8-DƏ ALİ MƏKTƏBLƏRİN II VƏ V İXTİSAS QRUPLARINA QƏBUL İMTAHANLARI KEÇİRİLƏCƏKDİR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanlarda, ümumilikdə, 32 min 554 nəfər (Bakıda 30 min 827 nəfər, Naxçıvanda 1727 abituriyent) iştirak edəcəkdir. Onlardan 17 min 723 nəfəri II, 14 min 831 nəfəri isə V ixtisas qrupunun abituriyentidir.
İmtahanlar üçün Bakıda 53, Naxçıvan şəhərində 3 bina ayrılmışdır. İmtahanın gedişinə Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərinin 2 min 301 müəllimi nəzarət edəcəkdir.
Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşlıq layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ “Təhsil Testi Xidməti”nin (Educational Testing Service) nümayəndəsi Albert Braun qəbul imtahanlarında müşahidəçi kimi iştirak edəcək və TQDK-nın imtahanların keçirilməsi sahəsində gördüyü işlərlə tanış olacaqdır.
İmtahanların gedişini TQDK-nın www.tqdk.gov.az
İmtahandan dərhal sonra müstəqil ekspertlər hər iki qrup üzrə test suallarının ekspertizasını aparacaqlar. Bu proses başa çatdıqdan sonra düzgün cavablar TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.
Xüsusi mühafizə altında saxlanılan cavab kartlarının oxunmasına avqustun 12-də axırıncı imtahandan sonra başlanılacaqdır.