AVROPA GİMNASTİKA İTTİFAQININ DİREKTORU BAKIYA GƏLMİŞDİR
Avropa Gimnastika Federasiyasının (UEG) direktoru Manfred Kuxtun və Bədii Gimnastika üzrə Texniki Komitənin prezidenti Hayde Brunederin başçılığı ilə nümayəndə heyəti yenidən Bakıya gəlmişdir.
Azərbaycan Cimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qonaqlar iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək 23-cü Avropa çempionatının Təşkilat komitəsinin növbəti iclasında iştirak edəcəklər. Onlar çempionatın təşkil ediləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində olacaq, yarışların Avropaya yayımlanması ilə əlaqədar “Lider TV” teleşirkətinin nümayəndələri, öz həmkarları ilə görüşlər keçirəcək, çempionata hazırlıqla bağlı bütün zəruri infrastrukturu qiymətləndirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]