Avropa Oyunları: İki qılıncoynadanımız pley-off mərhələsində
Krakov, 27 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Oyunların arxada qalan altı günündə Azərbaycan səkkiz medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürünc əyarlıdır. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc mükafat əldə ediblər.