Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 24-30-da Slovakiyada keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğlanların yarışında ölkəmizi Səid Məmmədov (400 metr məsafəyə qaçış), Hüseyn Abbasov (uzunluğa tullanma) və Novruz Əsədli (100 - 200 metr məsafəyə qaçış) təmsil edəcəklər. Qızların mübarizəsində Səkinə Hacızadə (nüvə itələmə), Veronika Antropova (uzunluğa tullanma) və İlahə Quliyeva (200 - 400 metr məsafəyə qaçış) güclərini sınayacaqlar.
Atletlərimiz məşqçilər Nazim İsrafilov və Tofiq Əliyev rəhbərliyi altında yarışacaqlar.
Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın atlet 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda atletika ilə yanaşı, velosiped, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika növlərində təmsil olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]