Ayman Mayzek: Aşura günü münasibətilə qanvermə aksiyasının keçirilməsini birinci dəfədir görürəm
Bakı, 28 iyul, AZƏRTAC
Mənim üçün burada olub Azərbaycan xalqı üçün qan vermək şərəfdir. Etiraf etməliyəm ki, Aşura günü münasibətilə qanvermə aksiyasının keçirilməsini birinci dəfədir görürəm. Bu, Azərbaycan hökumətinin çox təqdirəlayiq addımıdır.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mayzek jurnalistlərə açıqlamasında deyib.
O, bu aksiyanın sağlamlıq baxımından da yaxşı hal olduğunu söyləyib. "Mən Azərbaycandakı bacı-qardaşlarım üçün qan verirəm. Artıq bir həftədir ki, Azərbaycandayam. Bu müddət ərzində Azərbaycanı yaxşı tanıdım. Allahın bir lütfüdür ki, Aşurada burada qan vermək mənə də nəsib oldu. Azərbaycan Prezidentinə və dövlətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm", - deyə Ayman Mayzek qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]