Ayxan Abbasov: Ukrayna ilə oyundan sonra gələcəyə daha nikbin baxırıq
Bakı, 14 oktyabr, AZƏRTAC
Gərgin oyun keçirəcəyimizi qabaqcadan bilirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularda yorğunluq olduğunu bildirib: “Oyunçularımız xarakter nümayiş etdirdilər. Çox sağ olsunlar ki, əllərindən gələni etdilər, yaxşı mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Belə komandalara qarşı oynamaq gələcəyimiz üçün çox önəmlidir. Futbolçulardan inamlı çıxış göstərmələrini istəmişdik və bu gün bunu bacardılar. Bəlkə də rəqibdən xal ala bilərdik. Matçın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Amma bu görüşdən sonra gələcəyə daha nikbin baxırıq. Çünki potensial görürük. İstək olan yerdə nəticə də olur. Evdə iki oyunumuz olacaq. Həmin matçlara hazırlaşacağıq. Xallarımızı artırmaq üçün çalışacağıq”.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]