Azərbaycan - Qətər oyununun birinci hissəsi heç-heçə ilə yekunlaşıb
Bakı, 14 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında keçirilən yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli hesabı açıb. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.
Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.