Azərbaycan Basketbol Liqası: "Ordu" klubu "Şəki"ni məğlub edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasının ikinci turunda “Ordu” və “Şəki” komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini bütün hissələrdə üstələyən "Ordu" yekunda 104:84 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, II turun oyunlarına oktyabrın 27-də yekun vurulacaq.