Azərbaycan boksçusu Avropa birinciliyində medalı təmin edib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib.
AZƏRTAC xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub.
Dörddəbir finalda türk Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn E.Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]