İDMAN
Azərbaycan boksçusu III Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib
Novı Tarq, 27 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü səkkizdəbir finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb. Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.
Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:39]
“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb
- 28.06.2024 [17:20]
Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda
- 28.06.2024 [16:51]
Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var
- 28.06.2024 [16:30]
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb
- 28.06.2024 [15:49]
Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
- 28.06.2024 [15:13]