Azərbaycan çempionu Almaniya klubunu darmadağın edib
Bakı, 24 avqust, AZƏRTAC
“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci matçında Almaniya təmsilçisi “Yan Regensburq”la qarşılaşıb.
“Salaspils İdman Arenası”nda oynanılan görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qrupun digər matçında Türkiyənin “İstanbul Şişli” klubu Latviya “Riqa”sı ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
A qrupu
24 avqust
15:00. “Yan Regensburq” (Almaniya) - “Araz-Naxçıvan” (AZƏRBAYCAN) - 5:0
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pikkola (İtaliya), Arttu Kyinaeraeinen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli” komandasına 9:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]