AZƏRBAYCAN DEPUTATLARI KONQRESMENLƏRƏ ÖLKƏMİZ BARƏDƏ DANIŞMIŞLAR
Vaşinqton, 10 mart (AZƏRTAC). Azərbaycan diaspor təşkilatı ilə icmalararası əlaqələrin inkişaf etdirilməsi proqramı çərçivəsində fəal iş aparan ABŞ dağ yəhudilərinin Mədəniyyət Mərkəzi ABŞ konqresmenlərinin JCRC yəhudi ictimaiyyəti təşkilatları ilə illik görüşündə Azərbaycan qurumlarının iştirakını təşkil edir. Bu görüş belə adlanır: “Konqresmenərlə illik səhər yeməyi”.
Əməkdar rəssam İsmayıl Məmmədov bildirmişdir ki, bu dəfə Manhettendəki “səhər yeməyi”ndə ölkəmizin daha iki qurumunun nümayəndələri, o cümlədən Milli Məclisin deputatları Qənirə Paşayeva və Həvva Məmmədova da iştiak etmişlər. Onlar Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ABŞ-a gəlmişdilər. Deputatlarımız həmkarları ilə söhbətlərdə fəal iştirak etmiş, onlara Azərbaycan reallıqları, regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin gedişi barədə məlumat vermiş, ABŞ konqresmenlərini Bakıya dəvət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]