Azərbaycan diaspor təşkilatı Avstriyanın Zaltsburq şəhərində bayram tədbiri keçirib
Zaltsburq, 23 dekabr, AZƏRTAC
Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.
Sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açıq elan edərək, iştirakçılara Cəmiyyətin məqsəd və məramı barədə məlumat verib. Həmrəylik Günü barədə danışan F.Əzizov bu gün xaricdə yaşayan soydaşlarımız arasında birliyin nə qədər vacib olmasını vurğulayıb, onların yaşadıqları ölkədə yerli mühitə inteqrasiya edərək, Azərbaycan haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.
Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamil müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurlarından söz açıb və təşkilata fəaliyyətində uğurlar arzulayıb.
Sonda tədbirdə iştirak edən körpələrə hədiyyələr təqdim olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Zaltsburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]