AZƏRBAYCAN ETİMADLI, SABİT QONŞULUQ MÜNASİBƏTLƏRİNDƏ MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də xarici işlər naziri Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir E.Məmmədyarov ölkəmizin xarici siyasətinin prioritetləri, beynəlxalq aləmə əməkdaşlıq istiqamətləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda səylər ölkədə demokratik, sivil cəmiyyətin möhkəmlənməsinə, iqtisadi tərəqqinin və dövlətçiliyin güclənməsinə yönəlmişdir.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin inkişafına və regional sabitliyə ciddi təhdid olduğunu vurğulamışdır.
E.Məmmədyarov qonaqların regiondakı vəziyyət, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığına dair suallarını cavablandırmış, ölkəmizin etimadlı, sabit qonşuluq münasibətlərində, davamlı sülh və inkişafda maraqlı olduğunu və bu istiqamətdə səylərini artırdığını diqqətə çatdırmışdır.
Görüşdə regional və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]