Azərbaycan futzal millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan futzal millisinin Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”);
Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (U-19).
Qeyd edək ki, noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışında olacaq milli komanda ayın 4-5-də bu ölkənin yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək. Komanda oktyabrın 31-dən noyabrın 2-dək isə Bakıda məşq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]