Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

Bakı, 4 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, avqustun 4-dən 7-dək İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olacaq. Səfər çərçivəsində bir sıra tədbirlərin -Dövlət Komissiyasının 9-cu iclasının, Azərbaycan-İran biznes forumunun və bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. İran nümayəndə heyətinin ölkəmizə səfəri, Azərbaycan-İran əlaqələri barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev cavablandırır.

- Cənab nazir, komissiyanın həmsədri kimi Azərbaycanın İranla əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əməkdaşlıq bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrlər boyu bir yerdə yaşamış, yaratmış xalqlarımız üçün bizim tarixi irsimiz və mədəniyyətimiz çox qiymətlidir. Xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır və İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur”.

Vurğulamaq istərdim ki, Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümumilikdə, dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də dövlətimizin başçısının bu ilin aprelində Tehrana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib, əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

- Siyasi münasibətlərin yüksək səviyyədə olması yəqin ki, iqtisadi əlaqələrin inkişafına da əlverişli şərait yaradır...

- Tamamilə doğrudur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası öz növbəsində iqtisadi müstəvidə münasibətlərin inkişafına geniş imkanlar açır. Azərbaycan və İran iqtisadi sahədə də uğurla əməkdaşlıq edirlər. İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələrimiz ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 faiz artıb. Ticarət əlaqələrimizin strukturu çoxşaxəlidir və neft-qaz, sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Azərbaycanda tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə İran investisiyalı 441 şirkət fəaliyyət göstərir və xarici ölkələr arasında şirkətlərin sayına görə İran 4-cü yeri tutur. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon ABŞ dolları məbləğində, qeyri-neft sektoruna isə 105 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Təkcə 2013-cü il ərzində İranın Azərbaycanda əsas kapitala sərmayəsinin həcmi 158 milyon dollar təşkil edib.

Energetika sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. 330 kV-luq “Ərdəbil-İmişli” və “İmişli-Cənub” istilik elektrik stansiyaları (İES), 220 kV-luq “Cənub İES-Salyan-Masallı-Astara (İran)” elektrik verilişi xətlərinin tikintisi tam başa çatdırılıb. Prezident İlham Əliyevin İran İslam Respublikasına son rəsmi səfəri zamanı imzalanmış “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” bu sahədə əlaqələrimizi daha da genişləndirəcək.

Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycan-İran əlaqələrində mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir.

Bununla belə, iki dövlət arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Tehrana səfəri zamanı İranla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayaraq deyib: “Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır”.

- Azərbaycan və İranın regionun inkişafındakı rolu barədə nə deyərdiniz?

- Ölkələrimizin əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslar və xammal ehtiyatları ilə zənginliyi, şimal-cənub və şərq-qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları və sənaye potensialı bütövlükdə regionun inkişafına təkan verir.

Regionda konkret olaraq Azərbaycanın mövqeyinə gəlincə isə, qeyd etməliyəm ki, hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını artırır, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir gəmiqayırma zavodu, beynəlxalq hava limanları, magistral avtomobil yolları şəbəkəsi ölkəmizin geniş mənada Asiya və Avropa qitələrini birləşdirən infrastruktur marşrutu olaraq qəbul edilməsini şərtləndirir.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi dünya miqyaslı karbohidrogen tranziti layihələri isə Xəzər dənizinin təbii ehtiyatlarının nəqlinə şərait yaradır, yeni enerji dəhlizini formalaşdırır.

Regionda yalnız bir ölkə - Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və 1 milyondan artıq soydaşımızın yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş, 473 tarixi abidəni, 53 məscid və ibadətgahı, qəbiristanlıqları dağıtmış təcavüzkar Ermənistan regional layihələrdən kənarda qalır. Ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu amansız soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları, işğalçılıq siyasəti regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Bu siyasət nəticəsində digər region ölkələrinin inkişafı fonunda təcavüzkar dövlətdə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Bu münaqişə, eyni zamanda Naxçıvanın blokadaya alınması ilə nəticələnib. Blokada vəziyyətində yaşayan Naxçıvanın problemlərinin həll edilməsində İranın dost və qonşu münasibəti bizim üçün əhəmiyyətlidir. Ümumilikdə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində İranın davamlı dəstəyi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.

- İran nümayəndə heyətinin Azərbaycana bu səfərindən nə gözləyirsiniz?

- İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, tikinti, sənaye, logistika, nəqliyyat, qida, informasiya kommunikasiya texnologiyaları, xidmət və digər sahələri təmsil edən İran şirkətlərinin 50-dən çox nümayəndəsi daxildir.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 9-cu iclası keçiriləcək. Qeyd edim ki, komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Komissiyanın növbəti iclasında əlaqələrimizin hazırkı vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə ediləcək. Əminliklə demək olar ki, komissiyanın iclası məhsuldar keçəcək və ölkələrimiz arasında iqtisadi əlaqələrin gələcək inkişafına öz müsbət təsirini göstərəcək.

İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran biznes forumu da təşkil olunacaq. Qeyd etdiyim kimi, İran tərəfindən 50-dən çox iş adamının qatılacağı biznes forumda Azərbaycanın analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkarı iştirak edəcək. Biznes forumda Azərbaycan və İran iqtisadiyyatına dair müxtəlif təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığa dair sənəd imzalanacaq. Forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına yol açacaq, iş adamları arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq.

İran nümayəndə heyətinin Bakıya səfəri zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi nəzərdə tutulur. İranlı qonaqlar səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən müəssisələrlə də tanış olacaqlar. Ümumiyyətlə, İran nümayəndə heyətinin ölkəmizə növbəti səfərinin proqramı çox əhatəlidir və hesab edirik ki, aparılan danışıqlar və müzakirələr Azərbaycan-İran əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır