Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu adını qazanıb
Bakı, 20 noyabr, AZƏRTAC
Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Silvia Semeraroya qalib gəlib.
Kumite üzrə komanda yarışında isə yığmamız bürünc medal uğrunda Özbəkistanla üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl karateçimiz Asiman Qurbanlı (+84 kq) dünya çempionatında bürünc medala sahib olub. Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionata noyabrın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]